Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu il neçə körpə küvezə yerləşdirilib - RƏSMİ

  • 2021.12.07 16:45
  • 2186 Baxış
Bu il neçə körpə küvezə yerləşdirilib  - RƏSMİ
Cari ilin 10 ayı ərzində doğum evlərində anadan olmuş azçəkili və ya ağır qüsurlarla doğulmuş körpələrin küvəz daşınması 692 halda icra edilib.

Bu barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 82 körpənin daşınması aşağıdakı şəhər və rayonların payına düşür:

“Göyçay rayonu üzrə 17, Şirvan 20, Kürdəmir 9, Salyan 11, Sumqayıt 7, Gəncə 3, Bərdə 3, Lənkəran 2, Ucar 2, Balakən 1, Yevlax 1, Quba 1, Qusar 1, Zərdab 1, Tovuz 1, Zaqatala 1, Biləsuvar rayonu üzrə isə 1 körpə daşınması həyata keçirilib”.