Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu il diabet xəstələrinin sayı artcaq - COVID-19-a görə

  • 2021.03.18 12:46
  • 1517 Baxış
Bu il diabet xəstələrinin sayı artcaq -  COVID-19-a görə
Türkiyəli həkim Tufan Tükek bu il ərzində 1-ci tip diabetin artacağını deyib.

Medicina.az xəbər verir ki, həkim pandemiyada üçüncü dalğanın başladığını bildirib: "Birinci dalğada yaşlı insanlar arasında çox itkilər verdik. İkinci dalğada isə daha çox gəncləri itirdik. Üçüncü pik nöqtə başladı amma risk qrupunda olanların peyvəndlənməsi başa çatmadığı üçün böyük bir itki yaşanmayacağını ümid edirəm. Həmçinin pandemiyanın bir və dördüncü ilində diabet, seliakiya kimi xəstəliklərin sayı da artacaq”.

Həkimin sözlərinə görə, bu xəstələrdə ikinci dalğadan sonra unutqanlıq və saç tökülməsi yaranıb: “Xəstəliklər içərisində ən çox rastlaşdığımız problem damar tıxanıqlığı olub. Ağciyər, beyin, ayaq və ürək-damar tıxanıqlığına bu müddət ərzində çox rastladıq. Simptomlar arasında unutqanlıq və saç tökülməsi də ən çox üzərində durduğumuz mövzular oldu"