Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu il Azərbaycanda 285 nəfər qidadan zəhərlənib

  • 2017.08.09 13:43
  • 12185 Baxış
Bu il Azərbaycanda 285 nəfər qidadan zəhərlənib
Bu ilin 6 ayı ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1637, mikrobioloji göstəricilərinə görə 1648, radioloji göstəricilərinə görə 748, toksikoloji göstəricilərinə görə 714 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub.


Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən "Report”a verilən məlumata görə, nümunələrin 122-də mikrobioloji göstəricilərə görə, 10-da toksikoloji göstəricilərə görə normadan kənara çıxma müəyyən olunub.


Hesabat dövründə 188 qida zəhərlənməsi hadisəsi baş verib, 285 nəfər zərərçəkən olub. Bunlardan 11 botulizm hadisəsində 21 nəfər zərərçəkən olub.