“COVID-19 pandemiyasına baxmayaraq, İİV testi ilə əhatə nisbəti azalmayıb və bu ilin 10 ayı ərzində 75 499 İİV testi aparılıb”.
Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.
O bildirib ki, İİV- xəstələrinin 74,7 faizi dispanser nəzarətində olub: “11 ay ərzində İİV-pozitivli və "C" virus hepatit ilə birgə infeksiyalı 1 034 nəfər pasientin müalicəsini həyata keçirmək üçün imkan yaradılıb”.