Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu iki qidada “xoşbəxtlik hormonları” var - Çox yeyin

  • 2025.01.24 16:59
  • 610 Baxış
Bu iki qidada “xoşbəxtlik hormonları” var  - Çox yeyin

İnsanın psixi, emosional durumuna yaxşı təsir edib, stresi azaldıb, orqanizmə xoşbəxtlik hormonu qatan qidalar var.


“Medicina” xəbər verir ki, həkim Oksana Yeremina bu qidaları açıqlayıb.


“Xoşbəxtlik hormonlarını artırmaq üçün rasiona Omeqa 3 yağ turşuları əlavə etmək lazımdır. Bu qidalar depressiyanı azaldır, əhvalı yüksəldir.
Yağlı balıq, kürü, qoz, badam, avokado, bitki yağları.

Eləcə də xoşbəxtlik qidası tünd şokoladdır. 10 qram şokoladda maqniy və fenollar var, sinir sistemindəki gərginliyi götürür.

Psixoloji gərginliyi götürmək üçün triptofanlara da ehtiyac var. Bu isə quş məhsullarında var: toyuq əti, hind quşu, banan, yoqurt, avokado və s.
Rasionunda kifayət qədər zülal olmayan insanlar gərgin və depressiv olur. Serotonin və dofamin üçün ən vacib maddə zülaldır.


Ona görə arıqlamaq və ya vegetarianlıq üçün ətdən, yumurtadan, pendirdən imtina etmək olmaz.


Toyuq əti, xırçıltılı qanadlar insanları xoşbəxt edə bilir.
Ət yanında brokkoli, ispanaq, göyərti, tərəvəz mütləq olmalıdır.


Aygün Musayeva