Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu iki ədviyyatı birgə istifadə edin! - Təsiri qatbaqat artır

  • 2024.03.14 23:00
  • 1969 Baxış
Bu iki ədviyyatı birgə istifadə edin! -  Təsiri qatbaqat artır
Sarıkök A, C, E və B qrupu vitaminləri, həmçinin beta karotinlə zəngin ədviyyatdır. Tərkibindəki kurkumin adlı birləşmə iltihabı azaltmağa kömək edir.

Medicina.az xəbər verir ki, Qidalanma və Pəhriz Mütəxəssisi Begüm Bengin sarıkökün bir çox insan tərəfindən bilinməyən faydasını açıqlayıb.

Onun sözlərinə görə, sağlam bir yetkin insan hər gün şorba, yemək və ya qatığa cəmi 1-2 çay qaşığı sarıkök əlavə etməklə immunitet sistemini gücləndirə və özünü infeksiyalardan qoruya bilər.

Mütəxəssis sarıköklə qara istiotu birgə istifadə etməyi məsləhət görüb.

“Yeməklərə qara istiotla birgə sarıkök əlavə etmək çox faydalıdır. Çünki qara istiotun tərkibindəki piperin maddəsi sarıkökdəki kurkuminin udulmasını iki min dəfə artırır”, - deyə Begüm Bengin qeyd edib.


Aysel