Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- CƏMİ 21 GÜNƏ TƏSİR GÖSTƏRİRBu içkiylə siqareti tərgidin

  • 2019.01.08 13:13
  • 22356 Baxış
 - CƏMİ 21 GÜNƏ TƏSİR GÖSTƏRİR Bu içkiylə siqareti tərgidin



Siqaret çəkmək vərdişini tərgitmək üçün əvvəlcə bunuürəkdən istəmək, sonra isə hərəkətə keçmək lazımdır. Ürəkdən istəyirsinizsə, deməli iradənizi toplamısınız və hərəkətə keçmək zamanıdır.



Medicina.az həkim məsləhəti olmadan, öz gücünə, ev şəraitində siqareti tərgitmək istəyənlər üçün effektiv resept təqdim edir



Bu qarışım siqaretə olan tələbatınızı azaldacaq, siqareti atmağınıza kömək edəcək. 



Lazım olanlar:



1 stəkan limon suyu

200 ml çobanyastığı çayı

1 stəkan qreypfrut suyu

30 ml hind qozu yağı

30 ml jajoba yağı

30 ml zeytun yağı

5 qram təzə kəklik otu



Təzə kəklik istisna olmaqla bütün ərzaqları bircinsli kütlə alınana kimi qarışdırın. Qarışım hazır olduqdan sonra təzə kəklik otunu da əlavə edib, bir daha qarışdırın. Siqaret istədiyiniz anda bu içkidən 1 stəkan için. İçmək istəmirsinizsə, burnunuzun alt tərəfinə, dodağınızın üstünə barmağınızla çəkin. 



21 gün ərzində bu üsuldan istifadə edin. Qarışmdan istifadə edənlər təsirini 21 gün ərzində gördüklərini bildirirlər.



ZƏRURİ QEYD: hər hansı xəstəliyiniz varsa, adıçəkilən ərzaqlardan hər hansını yaxud yedikdə, içdikdə allergiya verirsinizsə, o zaman qarışımı həkiminizlə məsləhətləşmədən içməyin. Sadəcə olaraq burun altına çəkməklə kifayətlənin. 


Medicina.az
 - CƏMİ 21 GÜNƏ TƏSİR GÖSTƏRİR Bu içkiylə siqareti tərgidin