Gündəlik həyatda tez-tez yorğunluq hissini basdırmaq və enerji qazanmaq üçün istifadə edilən enerji içkiləri ürək sağlamlığı üçün ciddi risklər daşıyır.
Medicina.az xəbər verir ki, ürək-damar cərrahiyyəsi mütəxəssisi prof. Dr. Cengiz Köksal bununla bağlı xəbərdarlıq edib:
"Bir qutu enerji içkisi qan təzyiqini 10 mmHg, ürək döyüntüsünü +20 artıra bilər. Bu, ürək ritmində pozulmalara və qan təzyiqində ani artımlara səbəb ola bilər. Enerji içkilərinin sürətlə və çox miqdarda içilməsi ürək damarlarında spazm yarada bilər. Bu da infart riskini artırır. Spirtli və ya digər stimullaşdırıcı maddələrlə enerji içkilərindən istifadə etmək ürək sağlamlığına zərəri qat-qat artıran bir səhvdir".
Prof. Dr. Köksal əlavə edib:
"Bol su içmək, təbii, təzə və qurudulmuş meyvələr yemək, yaşıl çay və düzgüz qidalanma ilə həddindən artıq şəkərli qidalardan uzaq duraraq bədəninizə ehtiyac duyduğu enerjini təmin edə bilərsiniz. Ürəyiniz üçün uzunmüddətli sağlam seçimlər etməlisiniz".
Aygün
Medicina.az