Hamımız uşaqlıqdan qəhvə içməyin zərərli olduğunu eşitmişik.
Qəhvədən tamamilə imtina etmək, ən əsası isə yaşıl çay içmək məsləhət görülür.
Ancaq son zamanlar müasir tibbdə həkimlər qəhvənin sağlamlığımıza dah çox xeyirli olduğu fikrindədirlər.
Son araşdırmalara görə isə qəhvə nəinki orqanizmi canlandırır və oyanmağa kömək edir, həmçinin beyin fəaliyyətinə müsbət təsir göstərir, konsentrasiyanı, zehni fəaliyyəti yaxşılaşdırır. Bu xüsusilə yaşlı xəstələr üçün uyğundur, yaş irəlilədikcə həm yaddaş, həm də diqqət zəifləyir.
Qəhvə beyində qan dövranını artırır, infarkt və depressiya riskini azaldır.
Qəhvə dənələrinin tərkibində iltihab əleyhinə və anti-kanserogen təsiri olan 1500-dən çox aktiv maddə var. Qəhvənin tərkibindəki poliferollar və həll olunan pəhriz lifi onu güclü antioksidan içki halına gətirir.
Onkologiyada qəhvə
Qəhvənin birbaşa xərçəngi məhv edə biləcək güclü xüsusiyyətə sahib olduğunu söyləmək olmaz. Bu belə deyil. Ancaq bəzi xərçəng növləri ilə mübarizədə faydalıdır. Mutasiya edilmiş hüceyrələrin məhv edilməsi prosesini sürətləndirir.
Buna görə qəhvə bağırsaq və qaraciyər xərçəngi üçün yaxşıdır. Antioksidan təsirlərindən əlavə, öd turşularının ifrazını azaldır, bağırsaq hərəkətliliyini artırır. Ayrıca, qəhvə istifadəsi mədə və mədəaltı vəzi tərəfindən ifraz olunan hormon – qastrinin səviyyəsini artırır. Nəticədə mədə şirəsinin turşuluğu, bağırsaq və mədəaltı fermentlərin ifrazı artır, bu da həzmi daha da yaxşılaşdırır.
Qəhvə hormondan asılı olan onkoloji xəstəliklər (məsələn, prostat və ya yumurtalıq xərçəngi) üçün də faydalıdır. Bu, xüsusilə çəkisi çox, klimaks dövründə olan qadınlar üçün uyğundur. İçki artıq çəki azaltmağa kömək edir, sərbəst estradiol səviyyəsini azaldır, cinsi hormonları aktivləşdirən qlobulinin plazma səviyyəsini artırır. Bundan əlavə, qəhvə insulinə həssaslığı da gücləndirir.
Beynin glioblastoması zamanı qəhvə içməyi məsləhət görürlər. Çünki o, şiş hüceyrələrinin bitişik toxumalara nüfuzetmə sürətini azaldır.
Qəhvə qida borusu, ağız boşluğun, ağciyər və mədənin onkoloji xəstəlikləri üçün yararsızdır.
Hansı qəhvə içilməlidir? Nə qədər?
Təbii ki, söhbət əsl qəhvədən gedir: Türk qəhvəsi və ya maşında hazırlanan təbii qəhvə haqqında danışırıq. Orta qızarmış qəhvə dənələrinə üstünlük verilməlidir.
Qəhvəyə aludə olmaq lazım deyil. Gündə 1-2 stəkan qəhvə kifayətdir. Ümumiyyətlə, qəhvə içməklə sağlamlığının qeydinə qalmaq istəyənlər bir neçə qaydanı bilməlidirlər.
- qəhvəni şəkər və digər dadlandırıcılar olmadan içmək daha yaxşıdır;
- çox qızardılmış qəhvə tamamilə atılmalıdır;
- dəmlənmiş Türk qəhvəsi, qəhvə maşınları üçün nəzərdə tutlmuş qəhvələr xüsusi filterlər vasitəsilə süzülməlidir;
- qəhvəyə soyuq süd deyil, soyuq su əlavə etmək daha yaxşıdır;
Hamiləlik dövründə, xüsusilə də ilk üç ayda qəhvə içmək tövsiyə edilmir.