Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu içki ilə 18 yaşında hiss edin – GƏNCLİK İKSİRİ

  • 2019.02.28 11:21
  • 38491 Baxış
Bu içki ilə 18 yaşında hiss edin –  GƏNCLİK İKSİRİ

Zəiflik və yorğunluq hiss edirsiniz? Artıq çəkidən xilas olmaq istəyirsiniz? 


Medicina.az xəbər verir ki, alma sirkəsi ilə hazırlanan detoks içkiləri tam sizin üçündür. 


Orqanizmin özünün təmizləmə sisteminin olmasına baxmayaraq, ona müxtəlif yollarla toksinlər daxil olur və toplanır. 

Buna görə də hərdən insan orqanizmi əlavə köməyə ehtiyac duyur. 

 

Sizə təqdim etdiyimiz bu detoksla həzmi sürətləndirə, qəbizlik problemindən azad ola və orqanizminizi təmizləyə bilərsiniz. 


Alma sirkəsi


Əgər siz təmiz və filtirasiya olunmamış alma sirkəsi tapa bilsəniz, bu lap yaxşı olar. Onun tərkibindəki faydalı bakteriyalar bağırsağın normal fəaliyyəti üçün əhəmiyyətlidir. Alma sirkəsinin tərkibində olan faydalı bakteriyalar və turşu toksinlərin bədəndən atılmasına kömək edir. Alma sirkəsi bağırsaqda normal yolla zərərli bakteriyaları məhv edən ferment sintezini təmin edir. 


Qırmızı acı bibər


Bu bibər orqanizmi təmizləyərək onu bakteriyalardan və toksinlərdən azad edir. 


Təbii bal 


Bal alma sirkəsi ilə birlikdə qeyri-adi vəhdət yaradır. Onun tərkibindəki vitaminlər, qidalı maddələr orqanizmin enerji səviyyəsini artırır. 

Bundan əlavə, həmin maddələr həzm sisteminə yaxşı təsir edir, Antioksidant və antibakterial xüsusiyyətlərə malikdir. 


Detoks içkisinin tərkibi: 


•1 stəkan təmiz su 


•2 x/q təzə sıxılmış limon şirəsi


•1 x/q alma sirkəsi 


•1sm uzunluğunda təmizlənmiş və sürtgəcdən keçirilmiş zəncəfil kökü 


•2/1 çay qaşığı acı bibər tozu 


•2 ç/q təbii bal 


Bütün inqrediyentləri qarışdırın. Qəbul etmək üçün xüsusi bir vaxtı və qaydası yoxdur. Hazırlanan kimi içilməlidir.


Arzu

Medicina.az