ABŞ Qida və Dərman İdarəsi (FDA) bəzi hazır şorbalarda sağlamlığa təhlükə yaradan bakteriyaların olduğunu açıqlayıb. Şirkət bu məhsulları təcili geri çağırıb.
Medicina.az xəbər verir ki, Vaşinqton Anacortesdə fəaliyyət göstərən SeaBear şirkəti Clostridium botulinum bakteriyası ilə çirklənmə riski yaradan Somon şorbası və "Alehouse Clam Chowder" məhsullarını təcili geri çağırıb.
Səlahiyyətlilər, sözügedən məhsulların ciddi qida zəhərlənməsinə səbəb ola biləcəyini bildirərək istehlakçılara xəbərdarlıq edib.
Mütəxəssislər botulizm hallarının ölümcül ola biləcəyini və simptomlar aşkar edilərsə, təcili tibbi yardım axtarılması lazım olduğunu vurğulayıblar.
Ümumi zəiflik, başgicəllənmə, ikiqat görmə, udqunma və nəfəs almaqda çətinlik kimi simptomlar yaşayan insanlar gecikmədən həkimə müraciət etməlidir.
Səlahiyyətlilər məhsulların xarab görünməsə belə, heç vaxt yeyilməməsi lazım olduğunu xatırladaraq, istehlakçıları aldıqları şorbaları yoxlamağa çağırıb.
Geri çağırılan məhsulların siyahısı:
Aygün
Medicina.az