Azərbaycanda Delta plyus aşkarlansa, karantin sərtləşdirilə bilər - Həkim - VİDEO
Azərbaycanda Delta plyus aşkarlansa, karantin sərtləşdirilə bilər - Həkim - VİDEO
2021.07.01 10:29
1985 Baxış
Delta ştammı Azərbaycanda aşkarlansa, Nazirlər Kabineti yanında Operativ Qərargah nisbətən sərtləşmələrə gedə bilər.
Medicina.az xəbər verir ki, bunu ARB-24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O bildirib ki, Delta ştammı ölkədə aşkarlansa, COVİD-19-a qarşı aparılan profilaktik tədbirlər icra edilməlidir:
“Yay aylarıdır deyə insanlar xaricə, istirahət məkanlarına üz tuturlar. Bu da Delta ştammına yoluxma riskini artırır və bu ştammın ölkəmizə ayaq açmasına zəmin yaradır. Əgər ölkəmizdə o, aşkarlanarsa və gündəlik yoluxmaların sayında əhəmiyyətli dərəcədə artım olarsa, yəqin ki, Operativ Qərargah nisbətən sərtləşmələrə gedə bilər. Müəyyən dərəcədə məhdudiyyətlər tətbiq ediləcək. Yoluxmadakı son 3 artımdan sonra tətbiq edilən sərt karantin tədbirlərini təhlil etsək, görərik ki, azalmalar bu tədbirlərin hesabına baş verib.
Digər həssas məqam isə odur ki, sentyabrdan artıq tədris bərpa edilir. Əgər Delta ştammı aşkarlanarsa, bu, ənənəvi tədrisin tətbiqində məhdudiyyətlərə səbəb olacaq”.