Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu halda heç bir dərman sizi virusdan qorumaz - Həkimdən XƏBƏRDARLIQ

  • 2021.07.27 13:09
  • 1677 Baxış
Bu halda heç bir dərman sizi virusdan qorumaz -  Həkimdən XƏBƏRDARLIQ
Soruşurlar nə dərmanı içək ki, 4-cü dalğadan özümüzü qoruyaq. Nəsə içməyə ehtiyac yoxdur. Əgər qaydalara riayət etmirsinizsə, heç bir dərman, ya da vitamin sizi virusa yoluxmaqdan qoruya bilməz.

Medicina.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib. O əlavə edib ki, köhnə qaydada özümüzü qorumağa davam etməliyik. Yəni adi cərrahi maska, ara məsafəsi və əlləri sabunla yumaq kifayətdir.

Həkim onu da qeyd edib ki, evdə ağır xəstə müalicələrini düzgün hesab etmir:



“Xəstə ağırdırsa və ya getdikcə ağırlaşırsa, vaxtında xəstəxanaya gətirilməlidir. Ola bilər həmin şəxs imkanlı olsun, xəstəxanaya getməkdən imtina etsin, ev şəraitində guya reanimasiya düzəltsin. Bəzi sözdə reanimatoloqlar guya bu işi təşkil edə bilər. Böyük pul müqabilində belə risklərə gedib məsuliyyətsizlik etmək olmaz. Oksigen balonu varsa, sistem qoşulursa, hətta süni tənəffüs aparatı və 4-5 həkim, tibb bacıları yığmaqla “reanimasiya” düzəltmək mümkün deyil. Bunu birdəfəlik hamı bilsin.

Xəstənin oksigen dəstəyinə ehtiyacı varsa, yubatmadan xəstəxanaya gətirilməlidir. Tanınmış insanlar koronavirusdan öldükdə bəzən açıqlamalarda görürük ki, xəstəxanaya həddən artıq ağır, kritik vəziyyətdə daxil olubmuş. Bir neçə dəfə buna şahid olduq. Onun əvvəl harada və kim tərəfindən müalicə aldığı qeyd edilmir. Məncə, xəstənin müalicəsinə nəzarət edən həkim əgər xəstəyə hospitalizasiya qərarını verdisə, xəstə imtina edirsə belə, ən azı yazılı iltizam alınmalıdır. Vaxtında hospitalizasiya edilməmə halları araşdırılmalıdır ki, növbəti səhvlər baş verməsin”.