Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu günə yoluxma sayı

  • 2022.08.08 16:34
  • 6431 Baxış
Bu günə yoluxma sayı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 802 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 147 nəfər müalicə olunaraq sağalıb, 7 961 nəfər vəfat edib, aktiv xəstə sayı 3 152 nəfərdir.

Ölkədə son sutka ərzində 2 424, hazırkı dövrədək isə 7 072 185 test aparılıb