Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 778 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 017 nəfər müalicə olunaraq sağalıb, 9713 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.
Ölkədə son sutka ərzində 3948, hazırkı dövrədək isə 6 898 425 test aparılıb.