Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu günə yoluxma-3 nəfər öldü

  • 2022.11.02 17:03
  • 1503 Baxış
Bu günə yoluxma -3 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 117 nəfər müalicə olunaraq sağalıb, 9 951 nəfər vəfat edib, aktiv xəstə sayı 301 nəfərdir.

Ölkədə son sutka ərzində 2 188, hazırkı dövrədək isə 7 325 464 test aparılıb.