Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 824 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 261 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 268 nəfərdir.
Ölkədə son sutka ərzində 878, hazırkı dövrədək isə 7 383 253 test aparılıb.