Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu günə yoluxanlar

  • 2023.02.25 18:13
  • 4864 Baxış
Bu günə yoluxanlar


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 828 492 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 229 nəfər müalicə olunaraq sağalıb, 10 116 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir.

Ölkədə son sutka ərzində 1 261, hazırkı dövrədək isə 7 521 187 test aparılıb.