Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 884 nəfər müalicə olunaraq sağalıb, 10 097 nəfər vəfat edib, aktiv xəstə sayı 156 nəfərdir.
Ölkədə son sutka ərzində 1830, hazırkı dövrədək isə 7 500 674 test aparılıb.