Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 193 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 813 942 nəfər müalicə olunaraq sağalıb, 9976 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir.
Ölkədə son sutka ərzində 2015, hazırkı dövrədək isə 7 369 434 test aparılıb.