Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək 80 ölkədə 14 min meymunçiçəyinə yoluxma hadisəsi ilə bağlı məlumat alıb.
Medicina.az xəbər verir ki, bunu ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus deyib.
“Bəzi ölkələrdə azalma, bəzilərində isə artım tendensiyası müşahidə olunur. Amma hər bir halda, virusun yayılması ilə mübarizədə ən vacib vasitə insanların özlərini daha yaxşı qoruya bilməsini üçün məlumatların yayılmasıdır”, - ÜST rəhbəri vurğulayıb.