Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu günə olan STATİSTİKA: 4381 yoluxma, 47 ölü

  • 2020.12.11 17:42
  • 2063 Baxış
Bu günə olan STATİSTİKA:  4381 yoluxma, 47 ölü
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4381 yeni yoluxma faktı qeydə alınıb, 3658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 167 155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 550 nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib, aktiv xəstə sayı 61 765 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 282, ötən müddət ərzində isə ümumilikdə 1 918 866 test aparılıb.