Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 654 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9 675 nəfər vəfat edib, aktiv xəstə sayı 451 nəfərdir.
Ölkədə son sutka ərzində 2 499, hazırkı dövrədək isə 6 679 287 test aparılıb.