"Hökümət qərar verdi ki, aprelin 15-də saat 21:00-dan, ölkənin böyük şəhərləri olan Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərlərinə giriş-çıxış 10 gün müddəti ilə, bağlanacaq" – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.
“Təəssüf ki, Gürcüstanda ilk dəfə, bir gün ərzində, infeksiyaya yoluxmanın 30 nəfər qeydə alınması faktı müşahidə olunur və demək olar ki, artıq virusun ölkə daxilində geniş miqyaslı yayılması mərhələsinə keçdik” – dedi baş nazir.
Onun dediyinə görə, virusun yayılmasının pikə çatmasını proqnoz etmək bu gün qeyri-mümkündür.