Bu gün rekord isti gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "medicina.az"a verilən məlumata görə, iyunun 13 və 14-də havanın temperaturu yüksələcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran
rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıq
İyunun 13 və 14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək yüksəlməsi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhər görülmür.
İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir.
Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür.
Məsələ, vacib olmadığı halda günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmamaq. Əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə baş örtüyündən və ya çətirdən isyifadə edin, kölgəli yerlərdə olmağa çalışın, özünüzlə su götürün və s.