Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu gün Limfoma ilə mübarizə günüdür

  • 2022.09.15 17:07
  • 1760 Baxış
Bu gün Limfoma ilə mübarizə günüdür

15 sentyabr tarixi Ümumdünya Limfoma ilə Mübarizə Günü kimi qeyd olunur.

"Medicina" xəbər verir ki, limfoma onurğa iliyi və immun sistemi hüceyrələrinin bədxassəli xəstəliyidir.

Limfoma limfa düyünlərini, dalağı, sümük iliyi ilə bərabər bir çox orqan və sistemləri zədələyir.

Limfoma zaman keçdikcə inkişaf edən ciddi xəstəlikdir. Lakin buna baxmayaraq müasir təcrübə 80 faiz hallarda onu sağaltmağın mümkün olduğunu deməyə əsas verir.

Xəstəliyin sağalma ehtimalı ona vaxtında qoyulan düzgün və dəqiq diaqnozdan çox asılıdır.

Azərbaycanda limfoma xəstələri getdikcə artır. Əsasən uşaqlar, yeniyetmələr, gənclərdə aşkarlanır.

Aygün Musayeva