"İlk günlərdə gün ərzində virusla əlaqəli 200-300 nümunə götürürdüksə, hazırda bu rəqəm 5 000-ə yaxındır. Bu, xəstəliyi vaxtında və tez aşkar etməyə imkan yaratmış olur".
Medicina.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bu gün ölkədə reanimasiyada müalicəsi davam edən koronaviruslu xəstələrin sayı 22 nəfər təşkil edir:
"12 nəfər isə süni nəfəs aparatına qoşulub. Xüsusi rejimli xəstəxanalarda aktiv koronavirus xəstələrinin müalicəsi davam edir".
Agentlik sədri qeyd edib ki, son günlərdə xəstə sayında artımı karantin rejiminin yumşaldılması ilə bağlıdır:
"Çünki əvvəl qoruyucu vasitələrə üstünlük verilsə də, bu gün qaydalara riayət edən azdır".