Ürək-damar xəstəlikləri artdıqca tibb də bu xəstəliklər istiqamətində az qala hər yeniliklər edir. Bu gün cərrahiyyənin ən öndə gedəni kardiocərrahiyyədir.
“Medicina” xəbər verir ki, RDM-in Ürək Mərkəzinin aparıcı cərrahı, Azərbaycanda və ölkədən kənarda ən ağır əməliyyatları uğurla icra edən kardiocərrah Anar Əmrah yeniliklərdən danışıb.
“Bu gün ürək-damar xəstəlikləri üçün çox effektiv yeni dərmanlar çıxıb. Həm ürəyə, həm şəkər xəstələri üçün, həm beyinə faydalı olan müalicə metodları var.
Ürəkdə daha kiçik kəsiklərdən, daha az travma ilə, hətta kəsik olmadan ürəkdə mürəkkəb əməliyyatlar aparılır. Çox mürəkkəb ürək qüsurları əməliyyatları döş qəfəsi açılmadan, anesteziya olmadan, hibrid əməliyyatxanalarda icra edilir və xəstə 1 gün sonra evə göndərilir.
Vətəndaşlarımıza onu tövsiyə edirik ki, özlərinə çox diqqət etsinlər ki, xəstələnməsinlər”.
Ətraflı BTV-də
Aygün Musayeva