29 oktyabr tibb təqvimində Dünya İnsultla Mübarizə günüdür.
Hazırda insult xeyli gəncləşib və 30-40 yaşlı insanları da qəfil yaxalayır.
Medicina.az xəbər verir ki, hər bir insan mütləq halda infarkt və insultun erkən əlamətlərini və bu halda ilkin yardımı bilməlidir.
İnsult və infarktda ilk 2-3 saatın müalicəsi çox vacibdir, hər itirilən vaxt xəstənin əleyhinədir.
Statistikaya görə, hazırda insult xəstələrinin 10%-ni 44 yaşa qədər insanlar təşkil edir.
İnsult beyin qan dövranının kəskin pozulmasıdır. Bu zaman ya damar tutulur, beyin qansız qalır, ya da damar partlaması, qansızma yaranır.
Beynin hansı hissəsinin hücuma məruz qalmasından asılı olaraq xəstənin fiziki əlamətləri və qalıqları qalır.
İnsultu beyin KT və MRT-si ilə müayinə edirlər. Onu çox zaman öncədən beyin damarlarının vəziyyəti ilə təxmin etmək olur. Amma çox zaman insult hətta beyin qan damarları normal olan insanda da qəfil dəyişiklikdən baş verir.
Daha çox arterial təzyiq kəskin qalxanda – 200-ü keçəndə insult ola bilər
Eləcə də qan laxtası, tromb qəfildən damarı tuta bilər.
İnsultun spesifik simptomları:
- Nitq pozulur, sözləri, səsləri normal deyə bilmir, insan öz adını normal deyə bilmir
- Hər iki qolunu yuxarı qaldırmaq olmur
- Ağızın bir küncü aşağı əyilir
- Bir ayağı işləmir
Hər 1 milyon nəfər insanın 10%-i insult riski altındadır. Daha çox 70-yaş üzəri xroniki xəstəliyi olan insanlar, diabet, ürək damar xəstələri, yüksək təzyiq, aterosklerozu olanlar, siqaret çəkənlər, havasız məkanlarda işləyənlər, içki içənlər risk qrupundadır
İnsult keçirənlərin 40%-i əlil olur.
56% sonradan təkrar insult keçirir
xəstələrin 15% sonradan tam bərpa ola bilir
Əgər sizin artıq yaşınız 35-i keçibsə, beyin qan damarlarının qeydinə qalıb, insultdan qorunmalısız.
Bunun üçün zərərli, yağlı qidadan, içkidən, siqaretdən uzaq durmalı, idmanla məşğul olmalı, ildə 2 dəfə xolesterin, lipid, triqilserid və qanın laxtalanma analizlərini verməlisiz.
Piyada çox gəzməli, bol su içməli, hər gün təzə meyvə-tərəvəz yeməli, duzdan çəkinməli, stresi azaltmalısız.
Sübut olunub ki, oturaq işdə çalışanlar əgər hər 2 saatdan bir 10 dəqiqə fasilə edib gəzişsələr, insult riskini azaldarlar.
Eləcə də lift əvəzinə pilləkəndən istifadə etsəniz, bu riski azaldırsız.
İnsultdan daha çox kişilər əziyyət çəkir. Bu da onların zərərli vərdişləri ilə bağlıdır.