“Azərbaycan Çinlə səmərəli əməkdaşlıq edir və bu gün bunun bariz nümunəsini görürük. Virusla mübarizədə ən effektiv üsul peyvəndlənmədir”.
Medicina.az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, hazırda 550 mindən çox insan peyvənd olunub: “Vaksinasiyanı sürətləndirmək üçün 5 milyon dozalıq peyvəndin mərhələli gətirilməsi prosesi davam edir. Bu gün 500 min doza gətirildi. Nə qədər sürətli peyvəndləmə davam etsə, ölkədə epidemioloji vəziyyət stabilləşə bilər”.