Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, 9 997 nəfər vəfat edib, aktiv xəstə sayı 586 nəfərdir.
Ölkədə son sutka ərzində 2 253, hazırkı dövrədək isə 7 410 224 test aparılıb.