Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu giləmeyvəni 7 gün yeyən 10 il cavanlaşır - Professor

  • 2024.07.26 17:03
  • 1696 Baxış
Bu giləmeyvəni 7 gün yeyən 10 il cavanlaşır -  Professor
İnsanın uzunömürlü olması bir çox amildən asılıdır. Ancaq ən vacibi düzgün qidalanmadır. Düzgün qidalanma isə yalnız təzə meyvə və tərəvəzlərə üstünlük verməklə təmin edilə bilər.

Alimlər yeni bir araşdırma nəticəsində qara qarağatın bir neçə faydalı xüsusiyyətini aşkarlayıblar.

Medicina.az xəbər verir ki, bu giləmeyvənin xüsusilə damar sağlamlığına müsbət təsir etdiyi üzə çıxıb.

“Cəmi 7 gün bu giləmeyvədən yedikdən sonra qan dövranı yaxşılaşır və bədən 10 il cavanlaşır”, - deyə professor Mark Villems bildirib.

Onun sözlərinə görə, qara qarağat ekstraktının tərkibindəki maddələr qan təzyiqinin artmasına səbəb olan ürək-damar sisteminin patologiyalarından qoruyur.

“Bu giləmeyvə həm də kalium və linolenik turşunun (GLA) əla mənbəyi hesab olunur. Qara qarağat xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlər üçün olduqca vacib qidadır”, - deyə mütəxəssis vurğulayıb.


Aysel