Uzunömürlülük üçün çox yemək yox, ac qalmaq lazımdır. Amma o da tibbi formada olmalıdır.
"Medicina" xəbər verir ki, həkim terapevt İrina Andreyeva elmi tədqiqatlarla sübuta yetirilmiş 2 praktikanı bölüşüb.
Terapevt 2 sadə düzənlənməni təklif edib, vaxtı saxlamaq lazımdır.
"Elmi araşdırmada 43 kişi 8 həftəlik proqramla fasiləli acqalmaya əməl edib.
Onlar bir gün 10 saat, digər gün 12 saat, 3-cü gün 14 saat ac qalıblar.
Eləcə də həftədə 1 gün ancaq su içiblər.
Qidalanma tam sağlam qidalardan olub.
Eləcə də gündə 30 dəqiqə tənəffüs və enerjili idman məşqləri ediblər.
2 ay ərzində bu kişilərin bioloji yaşı 1,9 il, yəni 2 ilə qədər azalıb.
Periodik olaraq acqalma və fiziki məşqlər uzun ömürün reseptidir".
Aygün Musayeva