Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu faktor COVID-19-un yayılmasının qarşısını alacaq - Həkim

  • 2021.04.22 22:05
  • 1732 Baxış
Bu faktor COVID-19-un yayılmasının qarşısını alacaq -  Həkim
20 yaşdan yuxarı şəxslər arasında virusa yoluxanlar artmaqdadır. Hazırda ölkədə aktiv pandemiya şəraiti və ya yüksək yoluxma əmsalı davam edir. Sevindirici hal odur ki, qarşıdan yay gəlir, artıq vətəndaşlar qapalı məkanlarda nisbətən az toplaşacaqlar. Bu faktor COVID-19 infeksiyasının yayılmasının qarşısını alacaq.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-in eksperti, həkim-infeksionist Nəzrin Mustafayeva deyib.

Həkim qeyd edib ki, insanlar arasında kontakt nə qədər az olarsa, yoluxma ehtimalı bir o qədər azalar:

“İsti hava şəraiti məhz bunun üçün əlverişli fürsətdir, eyni zamanda vurğulamaq istərdim ki, vaksin olunmuş şəxslər də vaksin olunmamış şəxslər qədər xəstəliyə yoluxa bilərlər. Lakin vaksin olunanlar virusu daha yüngül keçirəcəklər, xəstəxanaya yerləşdirilməkdən qurtulmuş olacaqlar.



Vaksinasiyadan təxminən bir ay sonra bədəndə antikorlar formalaşır, ikinci dozadan sonra xəstəliyə qarşı immunitet yaranır. Vaksinasiyanın uğurla aparılması bizim kollektiv immunitetə çatmağımız yolunda çox mühüm addımdır. Dünyada pandemiyaya qarşı vaksinasiyadan uğurlu addım yoxdur. Odur ki, insanlar bu məsələdə tədbirli davranmalıdır. Əgər peyvənd olunanlarla yoluxanların sayı ümumi əhalinin 70-75 faizini təşkil edərsə, o zaman koronavirus təhlükəsinin sovuşacağı və bəzi məhdudiyyətlərin aradan qalxacağı ehtimal olunur”.