Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamenti Şimali Karolina Universiteti ilə birlikdə eksperiment aparıb və belə nəticəyə gəlib ki, toyuq ətinin yuyulması qida zəhərlənməsi riskini artırır.
Çünki çiy quş əti salmonella, campylobacter və clostridium perfringens kimi insanlara zərərli bakteriyaların mənbəyi ola bilər.
“Medicina” xəbər verir ki, əti patogen bakteriyalardan təmizləmək üçün istilik müalicəsinə məruz qalmalıdır. Onun axan su altında yuyulması, əksinə, mətbəxin səthinə bakteriyaların keçməsinə kömək edir.
Tədqiqata görə, hətta ən hərtərəfli təmizləmə də zərərli mikroorqanizmlərin tam məhvinə zəmanət vermir.
Hesabat müəllifləri əmindirlər ki, toyuq yuyula bilməz və aşağıdakı profilaktik tədbirləri təklif edir:
- Əti ən son, yəni başqa yeməklər hazırladıqdan sonra bişirin.
- Evdə ət üçün xüsusi kəsmə taxtası alın və başqa məhsullar üçün istifadə etməyin.
- Quş ətini kəsdikdən sonra mütləq əllərinizi sabunla yuyun, səthlərə və məhsullara toxunmayın.
- 73 dərəcə selsi - bu temperatur zərərli bakteriyaları öldürür. Təhlükəsiz tərəfdə olduğunuzdan əmin olmaq üçün qida termometrindən istifadə edə və ya sobanın müəyyən edilmiş bişirmə dəyərlərindən istifadə edə bilərsiniz.
Günay Quliyeva