Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu əşyalara toxunduqdan sonra əllərinizi mütləq yuyun

  • 2019.09.26 10:07
  • 8076 Baxış
Bu əşyalara toxunduqdan sonra əllərinizi mütləq yuyun
Ayaqyoluna getdikdən sonra və yeməkdən əvvəl əllərimizi yumaq adət halını alıb. Artıq uşaqlarda bilir ki, bu vacib bir gigiyena qaydasıdır.

Lakin gün ərzində toxunduğumuz bəzi əşylarda olan bakteriyaların çoxluğu barədə məlumatsızıq.


  Medicina.az sizə toxunduqdan sonra əllərinizi yumağın vacib olduğu əşyaların siyahısını təqdim edir:


Tutacaqlar Metroda, taksidə, avtobusda və s. tutacaqları gün ərzində bir dəfə dezinfeksiya edirlər. Amma düşünmək lazımdır ki, həmin tutacaqlara sadəcə 15 dəqiqə ərzində neçə nəfər toxunur.


Pul Gün ərzində kağız və dəmir pullardan istifadə edirik. Buna baxmayaraq, bakteriyaların məskəni olan pula toxunduqdan sonra nadir hallarda əlimizi yuyuruq.


Heyvanlar Pişik və itlər infeksiyanın yayılması üçün potensial təhlükə mənbəyidir. Mütəxəssislər hətta ev heyvanları ilə oynadıqdan sonra belə əllərinizi yumağı məsləhət görür.


Kafe və restoranlardakı menyular Metrolardakı qapı və tutacaqlar dezinfeksiya olunduğunu halda kafe və restoranlardakı menyulara bunu etmək mümkün deyil. Düşünün ki, sizdən və sonra menyulara nə qədər adam toxunur.

 

Telefonlar Telefonla danışdığınız halda onun ekranı üzünüzə toxunur. Bu isə onun üzərində olan bakteriyalarla bir başa əlaqə olmağınız deməkdir. Buna görə də telefonunuzu mümkün qədər antibakterial salfetlərlə təmizləyin.


Maye sabunlar üçün qab İctimai ayaqyollarında olan maye sabunu üçün olan qablar ən azı unitaz qədər çirklidir. Buna görə də əlinizi yuduqdan sonra çalışın heç bir əşyaya toxunmayın.