Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ərzaqları soyuducuda saxlamaq olmaz - Zəhərlənmə təhlükəsi

  • 2022.08.18 17:47
  • 1731 Baxış
Bu ərzaqları soyuducuda saxlamaq olmaz   -  Zəhərlənmə təhlükəsi

Bəzi ərzaqlar var ki, əksinə soyuducuda saxladıqda orqanizm üçün təhlükəli ola bilər.

Medicina.az xəbər verir ki, həkim dietoloq Yelena Solomatina hansı ərzaqların soyuducuda qalmasının zərərli olmasını açıqlayıb.

"Soyuducuda makaron, yarma, düyü saxlamayın. Bir çoxları isti aylarda xarab olmasın deyə onları soyuducuya qoyur. Amma bu ərzaqların hətta 1 gün soyuducuda qalması, xəstəliktörədən

bakteriyaları artırır, zəhərlənməyə səbəb olur.

Eləcə də çay, qəhvə, kakao, müxtəlif bitkilər- hansı ki, hermetik bağlanmayıb, nəmişlikdən tez kiflənir. Orda da bakteriyalar əmələ gəlir.
Ədviyyatları da xarab olmasın deyə soyuducuya qoymayın. Hətta qapısında saxlamaq da zərərlidir.

Kağız paketdə, qutuda olan istənilən qida məhsulu soyuducuda 1-2 gün qalan kimi nəmişlikdən yaş olur və ərzağı korlayır.

Heç çəkinmədən soyuducuya konservlərinizi, xüsusən balıq, ət, quru meyvələri qoya bilərsiz".

Aygün Musayeva