Massamuset universitetinin alimləri insult riskini 8% artıran içki və qidaları tapıb.
“Medicina” xəbər verir ki, alimlər 30 min insanın rasionunu analiz edib.
İlk növbədə onların gün ərzində nə qədər ultraemal edilmiş qidalar yedikləri müəyyənləşdirilib.
Ultra işlənmiş qidalara maksimum təmizlənmiş, rafinə edilmiş, əlavə emulqatorlar, inqridiyentlər olan və süni dadlandırıcı, rənləyici qatılmış qidalar daxildir.
Bu ərzaqlarda çox miqdarda şəkər, yağ, duz var.
11 illik analiz və müşahidələrdən sonra iştirakçılar arasında 768 nəfərdə koqnitiv pozulma, `1120 nəfərdə insult olub.
Alimlərin hesablamalarına görə, ultraemal edilmiş qidalar koqnitiv pozulmanı 18%, insult riskini 8-9% artırır.
Bu insanlar arasında rasionunda bitki qidaları, qoz, paxla, balıq olanlarda beyin pozulması və insult digərlərindən 10% az olub.
Son zamanlar insultun artmasının səbəbi də məhz sənaye işlənmiş qidalarıdır.
Aygün Musayeva