Elə insanlar var ki, onların ruhu çox qədimdir, köhnədir və neçə yüz,min il yaşı var. Planetimizdə az da olsa belə insanlar var, onlar bu barədə bir kəlmə belə demir və ya sadəcə bilmir.
Onlar digər insanları özlərindən də yaxşı hiss edir, dünyanın sirlərini anlayır, digərlərindən fərqlənir. Bu ona işarədir ki, onlar Yer üzünə ilk dəfə deyillər doğulublar.
Bu reinkarnasiya deyil, rubun bir bədəndən digər canlıya keçməsi də deyil. Bu az sayda ruhun Yer üzünə dəfələrlə doğulmasıdır.
Elə insan var ki, gənc yaşında olmasına baxmayaraq davranış, dünyagörüşü və danışığından sanki 100 yaşlı müdriklə üz-üzəsən. İndiki yaşı pasportda rəqəmdən başqa bir şey deyil.
Medicina.az xəbər verir ki, əgər özünüzdə
bu 7 keyfiyyətdən ən azı 5-ni hiss edirsizsə, ruhunuzun yaşlı olduğunu düşünürsüzsə, deməli sizin də ruhunuz qədimdir.
Həmin əlamətlər bunlardır
1.Siz empatsız. Yəni nə heyvan, nə bitki, nə insan sizdən zərər görməz. Hətta düşməninizin belə acısını sanki bütün ruhunuzla hiss edirsiz, sanki o hissi onunla birgə yaşayırsız. Mübahisə edib ziyan gördüyünüş şəxsə belə pislik arzulamır, kin saxlamırsız. Heç bir şeyə aqressiv yanaşmırsız. Qarğış edə bilmirsiz
2. Uzun müddət əsəbi və küsülü qala bilmirsiz. Siz daxilən anlayırsız ki, bu dünyada bütün umu-küsülər, problemlər boş şeylərdir, müvəqqətidir. Ona görə heç üzülməyə dəyməz. Hətta üzə deməsəniz belə, siz düşməninizi belə çoxdan bağışlamısız
3.Daha çox ölümdən sonrakı həyat barədə düşünürsüz. Bu dünyadan getdikdən sonra nələr olacaq, nə yaşayacaqsız. Sizə elə gəmir ki, ölüm sondur. Əksinə ölümdən sonrakı dövr sizə maraqlıdır.
4.Şəhər səs-küyü, kütlə sevmirsiz, təbiətin sakitliyinə çəkilirsiz. Sizə özünəqapanan deyirlər. Hətta meşədə daxmada tək qala bilərsiz. Təbiətdə özünüzü olduğunuz kimi hiss edirsiz. Eləcə də şəhərə qarşı ikrah və özünü narahat hiss etmək onu göstərir ki, siz min illər əvvəl heç şəhər olmayan dövrdə yaşamısız.
5.Ruhən, şüuraltı olaraq hiss edirsiz ki, indiki bədəniniz sizin deyil. Siz ruhsuz, bədən isə geyim. Hətta bəzən bu geyimi çıxarıb, uçmaq, getmək, yox olmaq istəyirsiz. Heç vaxt özünüzün zahiri cəh-cəlalına fikir vermirsiz, bahalı geyimlər sizlik deyil.
6.Bütün insanların bərabər olduğunu düşünürsüz. Heç kim kimsədən üstün deyil. Heç kim kimsədən pis və ya yaxşı deyil. Sadəcə biri güclü inkişaf edib, digəri zəifdir.
7.Var-dövlətə meyliniz yoxdur. Tamah, nəfs sizə yaddır. Digərlərinin pulunu saymırsız.
Pul, imkan, bilik, vəzifə sizi dəyişmir, başqa insan etmir. Sadə yaşayır, xeyirxahlıq və faydalılığa can atır, hər gün nəsə bir yaxşılıq etməyə can atırsız
Əgər çox keyfiyyətlərdə özünüzü gördünüzsə, deməli, ruhunuz çox qədimdir və siz bundan maksimum faydalanmalısız.