Qalxanabənzər vəzinin xəstəliyi təkcə zob, düyün və gözlə görüləcək şiş, qabarma deyil. Bu kiçik kəpənəyəbənzər vəz insanın bütün həyatını idarə edə bilər.
Mütəxəssislər xüsusən payız mövsümündə qalxanvari vəzini yoxlatmağın vacibliyini vurğulayır. Buna səbəb isə çox insanların halsız, depressive olmasını payıza bağladığını, əslində isə qalxanvari vəzdən qaynaqlandığını bilmədikləridir.
Qalxanvari vəz problemini ən müxtəlif orqanlarda göstərə bilər: mədə-bağırsaq, baş, ürək, sinir.
Medicina.az qalxanvari vəzini müayinə etməyin 5 səbəbini təqdim edir. Bu səbəblər sizdə də varsa, yubatmayın.
1. Bədən çəkisinin tez-tez dəyişməsi, kökəlib-arıqlama
Vacib deyil ki, tərəzidə rəqəm az və ya çox göstərir, əgər il ərzində çəkiniz qidanızda dəyişiklik olmadan öz-özünə nəzərəçarpacaq dərəcədə azalıb-artırsa, və yaxud ilboyu pəhriz saxlayıb arıqlamırsızsa, o zaman qalxanvari vəzidə problem vardır.
2.Boğazda düyün, maneə, ağrı
Əgər insan günün müəyyən saatlarında sanki boğazını daxildən nəyinsə sıxdığını hiss edirsə, səsi batırsa, qidanı udmaq çətindirsə, o zaman qalxanvari vəzini yoxlatsın.
3.Heç nəyə həvəs yoxdur, həyatdan küsüb
Qalxanvari vəzinin azalmış fəaliyyəti nəticəsində insan özünü yorğun, halsız, tənbəl və əzgin hiss edir, əli heç bir işə yatmır, evdən çıxmaq istəmir. Bütün günü yatmaq istəyənlər də artıq qalxanvari vəzini yoxlatmalıdırlar. Belə əlamətləri nə yaşlanma, nə hava, fəsil ilə əlaqələndirmək olmaz.
4.Darayanda çox miqdarda saç tökülür
Saçlarınız quru, cansız, tez qırılırsa, hər dəfə darayanda daraqda bir ovuc tük qalırsa, hansısa vitamin barədə yox, qalxanvari vəz barədə düşünün.
5.Adi səsdən, doğmalardan, hər şeydən qıcıqlanır, əsəbləşirsiz
Qalxanvari vəzin istehsal etdiyi bir çox hormonların çoxluğu sinir sistemini oyadır. İnsan o qədər oyaq, həssas olur ki, ən xırda məqam belə onu özündən çıxarır. Belə adamlar əsəbi olsalar da enerjili olurlar, yuxuları gəlmir, amma gün ərzində azı 4-5 dəfə özlərindən çıxmaq dərəcəsinə gəlirlər. Çoxları buna psixoz, nevroz donu geyindirsə də, əsas səbəb qalxanvari vəzdədir.
Ümumiyyətlə, nəsildə irsən zob, qalxanvar vəzdə şiş, xəstəlik olan insanlar müntəzəm qalxanvari vəzini endokrinoloqda yoxlatmalıdır. Bu müayinəyə endokrinoloq baxışı, USM və TTH hormonlarının analizi daxildir.
Qeyd edək ki, zob, qalxanvari vəz xəstəlikləri kişilərdə, xüsusən yaşı 40-ı keçmiş kişilərdə də rast gəlinir, onlar da bu əlamətlər varsa, yoxlanmalıdır