Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu əlamətlər sizdə varsa, MÜTLƏQ HƏKİMƏ GEDİN – BEYİN ŞİŞİ TƏHLÜKƏSİ

  • 2019.05.28 10:45
  • 34389 Baxış
Bu əlamətlər sizdə varsa,  MÜTLƏQ HƏKİMƏ GEDİN – BEYİN ŞİŞİ TƏHLÜKƏSİ
Görmədəki dəyişikliklər daxili orqanların patologiyaları ilə sıx əlaqəlidir. Endokrin dəyişiliklər, hipertoniya, baş beyin patologiyaları, birləşdirici toxuma patologiyalari, infeksion xəstəliklər görmə orqanlarında özünəməxsus dəyişiliklər yaradır. Medicina.az cüt görmənin səbəbləri və nəticəsi haqqında ətraflı məlumatı təqdim edir.
Cüt görməyə səbəb olan amillər:

 

 
•    Endokrin dəyişiliklər •    Şəkərli diabet •    Baş-beyin patologiyası •    İnfeksiyon xəstəliklər •    Metabolik xəstəliklər •    Vitamin A defisiti

 

Diplopiya - başqa adla iki görmə, beyin tərəfindən bir obyektin eyni vaxtda iki təsvirinin alınmasıdır. Hər iki gözlə ayrı-ayrı baxıldığında tək görmə olduğu halda, iki gözlə baxılanda iki görmə varsa, nevroloji bir pozulma olduğu düşünülməlidir. İki görmənin əsas səbəbi göz siniri xəstəlikləridir. Göz əzələlərini cəlb edən xəstəliklərindən də iki görmə yarana bilir. Beyindən qaynaqlanan iki görmənin səbəbləri arasında beyin damarlarında yaranan bir sıra problemlər sayıla bilər.

 

 

 

Cüt görmə beyin şişi əlaməti ola bilər.

 

 

Sözügedən durum ciddi xəstəliklərin xəbərçisi ola bilər. Bu zaman müayinə olunub, yaxınlaşan təhlükə barədə maariflənmək və vaxtında qarşısının alınması üçün addımlar atılmalıdır. Mütəxəsislər cüt görməni ciddiyə almaq barədə insanlara xəbərdarlıq edir. Bu əlamətlərin beyin şişi simptomlarının xəbərçisi olduğu ehtimalından da xəbər verir. Hətta daha ağır xəstəliklərin risk faktorları olması da ola bilər.

 

Aşağı və yuxarı baxa bilməmək

 

 
Sıx-sıx yüksək təzyiq və diabet kimi xəstəliklərə bağlı olaraq damarlarda tıxanmanın təsiri ilə və yaxud baş-beyin travması ilə  də cüt görmə müşahidə edilir. Bu əlamətlərlə yanaşı, xəstə aşağı və yuxarı baxa bilmir, göz qapağı düşürsə, bu əlamətlər beyin şişi ehtimalını artırır. İki görmənin tək, yoxsa iki gözdə də olub-olmaması vacib amildir. Bu diqqətçəkən məqamlardandır. Həkimlərin sözlərinə görə, mütləq müayinə olunub təsdiqlənməlidir.

 

 Hər iki gözdə də olmaya bilər

 

 

 
Cüt görmə iki gözdə də olmaya bilər. Biraz maili, nisbətən kölgəli ola bilər. Ən önəmilisi isə pasientin tək gözü açıq olanda yox, hər iki gözü açıq olanda cüt görməsidir. Gözün biri bağlananda görüntü tək, hər iki göz açıq olanda isə cüt görüntü olursa, bu ciddi vəziyyətdir.

 

Vaxt itirmə!
Cüt görmə simptomunda vaxt əsla itirilməli deyil. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Bu əlamətlər sizdə varsa,  MÜTLƏQ HƏKİMƏ GEDİN – BEYİN ŞİŞİ TƏHLÜKƏSİ