Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu əlamətlər böyrək xəstəliklərindən xəbər verir - DİQQƏT!

  • 2019.10.31 10:07
  • 11389 Baxış
Bu əlamətlər böyrək xəstəliklərindən xəbər verir -  DİQQƏT!

Böyrək xəstəlikləri adətən heç bir ağrı olmadan inkişaf edib son mərhələyə
çatır. Daha sonra isə sidikdə qan və şiddətli ağrı kimi simptomlarla müşahidə olunur.
Medicina.az xəbər verir ki, başlanğıcda
heç bir simptom olmadan irəlilədiyi üçün böyrək xəstəliklərinə tutulmamaq üçün əvvəlcədən tədbirlər görmək, müntəzəm yemək və bəzi
qidalardan qaçmaq lazımdır.
Bəs böyrək xəstəliyinin əlamətləri
nələrdir?

Özünüzü yorğun və bitkin hiss
edirsinizsə
Böyrəklərin işləmə funksiyası
azaldıqda qan təmizlənə bilməz və qanda zərərli maddələr artır.
Bu da insanlarda halszılığa səbəb olur. Bundan
başqa böyrək xəstəlikləri anemiyaya səbəb olur və bu da öz növbəsində zəifliyə gətirib
çıxarır.

Yata blmirsinizsə Böyrəklər qanı lazımi səviyyədə təmizləyə
bilmədikdə, zərərli maddələr qana keçməyə başlayır. Bu da öz növbəsində yuxu
bilməməsi problemini gündəmə gətirir.

Dəriniz qurudur və qaşınırsa

Böyrəklər qandakı mineral və
qida maddələrini tarazlaya bilmədikdə, dəridə quruluq və qaşınmaya səbəb olur.

Tez-tez ayaqyoluna gedirsinizsə

Böyrək filtrlərinin zədələnməsi
tez-tez sidik ifrazına səbəb olacaq. Xüsusilə gecə
saatlarında ayaqyoluna çıxmaq böyrək xəstəliyinin xəbərçisi ola bilər.

Sidikdə qan görünərsə Böyrək filtrlərinə ziyan dəydikdə
qan hüceyrələri sidik yoluna daxil olmağa başlayır.
Sidikdən
gələn qan böyrəklərin müntəzəm işləmədiyini və ya müxtəlif infeksiyaların
olduğunu göstərir.

Ayaqlarınız şişərsə Böyrək funksiyası azaldıqda, bədəndə natrium tutulmaları əmələ gəlir. Bu, əllərin və ayaqların şişməsinə səbəb olur.