Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu əlamət varsa, dərhal pəhrizi dayandırın! – Dietoloqdan xəbərdarlıq

  • 2024.07.16 14:58
  • 766 Baxış
Bu əlamət varsa, dərhal pəhrizi dayandırın! –  Dietoloqdan xəbərdarlıq
Ciddi pəhrizə riayət etmək əsəbiliyə səbəb ola bilər. Bu, əsəbin dərəcəsi zamanla artacaq.

Medicina.az xəbər verir ki, bu barədə “RuNews24”ə dietoloq Mariyat Muxina bildirib.

O, “Acın qəzəbi” adlandırdığı bu vəziyyətin mütəxəssislərə yaxşı məlum olduğunu deyib.

“Əhvalın qəfil dəyişməsi və emosional qeyri-sabitliyin hər hansı digər təzahürləri pəhriz məhdudiyyətlərinin əvəzedilməz yoldaşlarıdır”, - deyə dietoloq qeyd edib.

Əhval dəyişikliklərinin öhdəsindən gəlmək üçün həkim pəhrizi dəyişdirməyi tövsiyə edir.

Onun sözlərinə görə, pəhriz normal həyat tərzini dəyişməməli, fiziki və psixi sağlamlığa zərər verməməlidir. Əgər bunlar baş verirsə, deməli doğru yolda deyilsiniz.

Mukhina, həmçinin normal qlükoza səviyyəsini saxlamağı və zülal səviyyəsini izləməyi tövsiyə edir. Çünki bunların çatışmazlığı qıcıqlanma, apatiya və təşvişi artırır.

Dietoloq pəhriz saxlamaq əvəzinə sağlam qidalanmağı həyat tərzinə çevirməyi məsləhət görüb.


Aysel