Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ədviyyat tromb yaranmasının qarşısını alır

  • 2022.07.19 14:40
  • 2972 Baxış
Bu ədviyyat tromb yaranmasının  qarşısını alır


Həkim hüceyrələrin qocalması və tromb əmələ gəlməsinin qarşısını alan ədviyyatı açıqlayıb.

Bakupost.az xəbər verir ki, terapevt Yelena Tixomirova darçının möcüzəvi təsirindən danışıb:


"Darçın dəfnə növündən olan ağacdandır. Onun tibdə əsas faydası tərkibindəki flavonoid birləşmələrdir. Flavonoidlər iltihab əleyhinə təsirə malikdir.

Darçın toxumalarda oksid azotun sintezini artırır, orqanizmi sərbəst radikalların təsirindən qoruyur.

O damarlara da yaxşı təsir edib, qanın axıcılığını yaxşılaşdırır, trombdan qoruyur, ümumilikdə qocalmanı ləngidir.


Amma əlbəttə ki, söhbət darçınlı bulka, şirniyyat yeməkdən getmir. Darçın da sağlam şəkildə qəbul edilməlidir. Daha çox darçınlı içki, su, çay, dəmləmə təsirlidir".



Aygün Musayeva
BakuPost