Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ədviyyat damarları təmizləyir - Ən yaxşısı Bakıdadır

  • 2022.10.14 19:20
  • 3412 Baxış
 Bu ədviyyat damarları təmizləyir  - Ən yaxşısı Bakıdadır

Zəfəran damarları tıxayan pis xolesterini 2 dəfə azaldır.


"Medicina" xəbər verir ki, həkim İqor Strokov zəfəranın ürək-damara sübut olunmuş faydasını açıqlayıb.

"Rasionda müntəzəm zəfəran istifadəsi ürək-damar xəstəliklərinə səbəb olan damar tutulması və iltihabının qarşısını alır.

Tibbi araşdırmalar göstərib ki, cəmi 3 həftəlik istifadədən sonra zəfəran pis xolesterini və damar yağlılığını 2 dəfə azaldıb.

Siçanlar üzərində təcrübədə hər kq çəkiyə 40 mq zəfəran qəbul edənlərdə lipid və xolesterinin 50% düşdüyü sübut olunub.

Zəfəran ekstraktı orlistat və metformin kimi dərmanlarla eyni effekti göstərir".

Zəfəranların ən keyfiyyətlisi Azərbaycanda yetişir

Onun saplarını az miqdarda dəmləmə edib içə də bilərsiz.

Aygün Musayeva