Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ədviyyat ani ölüm riskini azaldır

  • 2023.06.07 21:32
  • 1359 Baxış
Bu ədviyyat ani ölüm riskini azaldır
Ədviyyatların orqanizmə xeyrini bir çoxumuz yaxşı bilirik. Onların bir çox xəstəliklərin qarşısını almaqda kömək etməsi əsrlərdir təsdiq olunub.



“Medicina” xəbər verir ki, istiot və çili ani ölüm riskini 23 % aşağı salmağa kömək edir.

Türkiyəli mütəxəssislərin araşdırmaları nəticəsində acı bibərin sağlamlığa təsiri sübut olunub.

Məlum olub ki, məhsulu həftədə dörd dəfə və ya daha çox istehlak edən insanların ölüm riski ümumiyyətlə, ədviyyatlı yemək yeməyənlərlə müqayisədə 23% azdır.

Daxili xəstəliklər və hematologiya üzrə mütəxəssis bildirib ki, acı bibər yeyən insanların ürək xəstəliyindən ölmə ehtimalı 34% azdır.


Proessor Mustafa Çetinerin sözlərinə görə, bu ədviyyatda kapsaisin alkaloidinin molekulları var ki, bunun sayəsində onkologiya, insult və infarktın inkişaf riski azalır.

Çilidə həmçinin B1, B2, C vitaminləri, antioksidantlar var və tərkibindəki karotenoid piqmentləri insanın görmə qabiliyyətini dəstəkləyir.

Təsadüfi deyil ki, kapsaisin bəzi revmatoloji və dermatoloji xəstəliklərin, məsələn, revmatoid artrit və psoriazın müalicəsində istifadə olunan dərmanlara əlavə edilir.

Bundan əlavə, beyin endorfinlərinin ifrazını təşviq edir və bununla da bədəndə ağrı hissini azaldır. Bəzi tədqiqatlar təsdiqləyir ki, kapsaisin molekulu prostat, dəri və mədəaltı vəzi xərçənginin müalicəsində istifadə edilə bilər.

Günay Quluzadə