Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Tərkibindəki bitkilər 3 ildən bir, sadəcə 2 kənddə bitirBu duzdan yalnız Qrızda hazırlayırlar

  • 2019.02.04 18:18
  • 17292 Baxış
 - Tərkibindəki bitkilər 3 ildən bir, sadəcə 2 kənddə bitir Bu duzdan yalnız Qrızda hazırlayırlar

Qubanın Qrız kəndinin əhalisi yalnız 3 ildən bir bitən bitkilərlə faydalı duz hazırlayır.


Medicina.az xəbər verir ki, qrızlılar bunu yeməklərə dad vermək məqsədilə etsələr də, tərkibindəki otlar sayəsində duz dərdlərə dərman olur.


Belə ki, adi duz qurudulub xırdalanmış kəklikotu, çələmir və cirə bitkiləri ilə qarışdırılır. Yeməklərə dadlandırmaq üçün vurulur. Sakinlər bildirir ki, bu bitkilər ancaq Cek və Qrız kəndlərində bitir, 3 ildən bir – iyun-iyul aylarında rast gəlinir.


Bəs bu duzun xeyri nədir?


Cirə bitkisinin tərkibində 2,5 – 4,0 % efir yağı və 16-22 % piyli yağ var. Bu yağın 80 %-ni onun ən qiymətli tərkib hissəsi olan anetol təşkil edir. Cirə yağı və onun komponentləri ətriyyat, qida və əczaçılıq sənayesində, meyvələri tibdə və qida sənayesində, heyvanların və quşların yemləndirilməsi üçün jmıx alınmasında istifadə edilir.


Cirə iyun-iyul aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir.


Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələrini yetişənə az qalmış toplayırlar. Xalq təbabətində cirə meyvəsindən çay kimi dəmləyib soyuqdəymədə yumşaldıcı, bəlğəmgətirici, astmanın qarşısını alan və eləcə də xroniki mədə-bağırsaq xəstəliyinin müalicəsində faydalı bir dərman kimi işlədirlər. Həmçinin həzm traktının motor və sekretor fəaliyyətini stimulyasiya edir. Zəif dezinfeksiyaedici təsirə malikdir.

 



Kəklikotunun yaşıl hissələrində 0,6%-ə qədər efir yağı var ki, onun da əsas hissəsini timol təşkil edir. Bundan başqa efir yağının tərkibində karvakrol, terpineol, borneol kimi komponentlər var. Kəklikotunun tərkibində həmçinin aşı maddələri, ursul və oleanol turşuları, flavonoidlər, mineral duzlar, dəmir, selen, bor kimi maddələr aşkar olunub. 


Geniş antioksidant yığımı olduğundan, o, orqanizmi onkoloji və ürək-damar xəstəlilərindən qoruya bilir. Dəmirin zəngin mənbəyi sayıldığına görə, anemiya xəstələrinə də məsləhət görülür. Bu bitkidə olan kalinin yüksək konsentrasiyasına görə isə, o, arterial təzyiqi normallaşdırma gücünə malikdir.


Dəri, sinir xətəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Bu maddə həm də, nevrit, seboreyya dermotiti və qlossiti zamanı çox xeyirlidir. Sidikqovucu təsirə də malik olan bu bitki, orqanizmi qocalmadan qoruyur və qıcolmaları aradan qaldırır.


Çələmir bitkisi isə sadəcə Qrızda yetişir. Kəndin yaşlı sakinləri deyir ki, bu bitkini həmişə iyun-iyul aylarında, 3 ildən bir yığıblar. Onlar çələmirin orqanizm üçün çox faydalı bitki olduğunu deyirlər.


Azər

Medicina.az
 - Tərkibindəki bitkilər 3 ildən bir, sadəcə 2 kənddə bitir Bu duzdan yalnız Qrızda hazırlayırlar