Gənclər və İdman Nazirliyi dörd idman obyektində rəhbər vəzifə üzrə işə qəbul elan edib.
"Medicina" xəbər verir ki, bunlar Gəncə, Lənkəran, Şəki və Şirvan Şəhər Tibbi-Bədən Tərbiyəsi dispanserləridir.
45 yaşadək olan ali təhsilli namizədlərdən minimum 5 il iş stajı (rəhbər işində olanlara üstünlük verilir) tələb olunur.
Vakansiya üçün tibb menecmenti, terapevt və travmatoloqlara üstünlük veriləcək.
Müraciət etmək istəyənlər sənədləri 30 sentyabr saat 12:00-dək müvafiq ünvana göndərməlidir.