Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu dərmanların Azərbaycanda satışı qadağan edilib

  • 2019.04.09 12:53
  • 13174 Baxış
Bu dərmanların Azərbaycanda satışı qadağan edilib
 

Azərbaycanda fenspirid tərkibli dərman vasitələrinin idxalı, pərakəndə və topdan satışı qadağan edilib.


Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.


Bildirilib ki, Avropa Dərman Agentliyi (EMA) fevralın 15-də "Ürək ritm problemləri yaratması ilə bağlı potensial risk səbəbindən fenspirid tərkibli dərman vasitələrinin qeydiyyatının dayandırılması” adlı sənəd qəbul edib.


Sənədə əsasən, EMA-nın Farmakonəzarət üzrə Risklərin Qiymətləndirilməsi Komitəsi (PRAC) uşaq və yetkinlərdə ağciyər xəstəlikləri ilə əlaqədar yaranan öskürəyin aradan qaldırılması üçün istifadə olunan fenspirid tərkibli dərman vasitələrinin Avropa Birliyində qeydiyyatının dayandırılması təklifini irəli sürüb. Qeydiyyatın dayandırılması pasiyentləri qorumaq üçün bir tədbirdir və PRAC QT intervalının uzanması və "torsades de pointes” (ürək ritm problemlərinə yol aça bilən ürəyin elektrik fəaliyyəti anomaliyaları) riskini nəzərdən keçirir. Keçmişdə bu dərmanları qəbul edən xəstələrdə ürək ritmində problemlərin yarandığı bildirilib. Fenspirid və ürək ritm problemləri arasındakı potensial əlaqəni araşdırmaq üçün fenspirid tərkibli dərman vasitələrinin insanlarda QT intervalının uzatma potensialına malik olduğunu göstərən heyvan tədqiqatları aparılıb. PRAC mövcud olan bütün sübutları araşdırır və AB-də fenspirid tərkibli dərman vasitələri barədə tövsiyələr verir. Qiymətləndirmə başa çatdıqdan sonra, EMA pasiyent və tibb işçilərinə yenilənmiş məlumatı çatdıracaq.











































Dərman vasitəsinin adı


BPA və dozası


Forması və ticarət qablaşdırmas


İstehsalşı şirkət, ölkə


1


Erespal


fenspiride hydrochloride 10 mg/5 ml


şərbət 100 ml flakonda №1, karton qutu qablaşmada


Les Laboratoires Servier İndustrie, Fransa


2


Erespal


fenspiride hydrochloride 80mg


örtüklü tabletlər №30


Les Laboratoires Servier İndustrie, Fransa


3


Tirfens


fenspiride hydrochloride 2 mg/ml


şərbət 100 ml flakonda №1, karton qutu qablaşmada, örtüklü tabletlər №28


World Medicine İlaç Sanayi ve Ticarət A.Ş., Türkiyə


4


Tirfens


fenspiride hydrohloride 80 mg


örtüklü tabletlər  №20 (10x2), №30 (10x3), blisterdə karton qablaşmada


World Medicine İlaç San. ve Tic. А.Ş., Turkiyə

 


Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən fenspirid tərkibli dərman vasitələrinin təhlükəsizliyi və risk-fayda nisbəti araşdırılır. Araşdırmaların davam etdiyi müddətdə əhalinin sağlamlığının qorunması və pasiyentlərin potensial riskdən qorunması məqsədi ilə fenspirid tərkibli aşağıdakı dərman vasitələrinin bütün seriyaları geri çağırılıb.

 

 


Mərkəzdən qeyd olunub ki, təhlükəsizlik məlumatlarına görə, fenspirid tərkibli öskürək əleyhinə dərmanlar qəfil ciddi ürək ritm problemlərinə səbəb ola bilər: "Pasiyentlərə araşdırmaların davam etdiyi müddətdə fenspirid tərkibli dərman vasitələrinin istifadəsini dayandırmaq tövsiyə edilir. Fenspirid tərkibli dərman vasitələrini  istifadə edən pasiyentlər ürək ritm problərinə məruz qala bilərlər".


Öskürək əleyhinə fenspirid tərkibli dərman vasitəsi qəbul edənlərə alternativ müalicələr haqqında məsləhət almaq üçün həkim və ya əczaçıya müraciət etmək tövsiyə edilib: "Əgər istifadə etdiyiniz dərmanla bağlı hər hansı narahatlıq varsa, onları həkim və ya əczaçı ilə müzakirə edin. Araşdırmaların davam etdiyi müddətdə, tibb işçiləri pasiyentlərə fenspirid tərkibli dərman vasitələrinin istifadəsinin dayandırılmasını məsləhət görməlidirlər. Fenspirid tərkibli dərman vasitələrinin simptomatik müalicə üçün istifadə olunduğunu və QT intervalının uzanmasının ciddiliyi nəzərə alınmaqla,  bu tərkibli dərmanların idxalı və satışı Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının yekun qərarının nəticələrinə qədər təxirə salınır".