Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu dərmanları qəbul edənlərdə demensiya və yaddaş pozğunluğu baş verir – 284 min insan üzərində EKSPERİMENT

  • 2019.06.28 16:29
  • 9768 Baxış
Bu dərmanları qəbul edənlərdə demensiya və yaddaş pozğunluğu baş verir –  284 min insan üzərində EKSPERİMENT
Alimlər yeni nəhəng tədqiqatların nəticəsi olaraq bəyan ediblər ki, yaşlanmaya qədər və 50 yaşdan sonra Parkinson, sidik qaçırma, böyrək xəstəliklərinin bəzi növlərində təyin edilən dərmanları, eləcə də psixozun müalicəsi üçün yazılan pxisotrop dərmanları qəbul edənlərdə yaşlılıq əqli gerilik, yaddaşsızlıq və demensiya yaranması riski dəfərlərlə artır.


Medicina.az xəbər verir ki, alimlər acetilxolinergik preraparatların qəbulu ilə demensiya arasında əlaqəni sübut edib. Onlar bu nəticəni 284min xəstə üzərində aparılan araşdırmada alıb.


Statistikaya görə, 2017-ci ildə Yer üzündə 50 milyon insanda demensiya aşkarlanıb.


Bu xəstəliyi yaradan, artıran faktorlar: diabet, depressiya, psixozlar, stress, arterial təzyiqdir.

Eləcə də bu faktorlara antixolinerqik preparatlar da daxil edildi, preparat sinis sistemində asetilxolin neyromediatrlarını blok edir. Bu dərmanlara bir sıra antidepressantlar, sidik kisəsi xəstəliyi, sidik qaçırma, epilepsiya tutmaları əleyhinə dərmanlar aiddir.


Bu təsiri və əlaqəni Nottinqem Universitetinin professor Ton Deninq və komandası 3mimyon britaniyalının tibbi məlumatlarını analiz edərək araşdırıb.

Müəlliflər tədqiqatın başlanğıc tarixini 2004-cü il götürüb, yaş həddi isə 55 və yuxarı seçilib. 


31 yanvar 2016-cı ilə kimi bu insanların xəstəlik müraciətləri, ölüm səbəbi, qəbul etdikləri preparatlar qeydə alınıb. 

Nəticələrdə 284343 nəfərin bu preparatları davamlı qəbul etdiyi, onlardan 58769 nəfərin demensiyadan əziyyət çəkdiyi görülüb. 

Daha çox Parkinson və sidik qaçırma probleminə görə bu tərkibdə dərmanları qəbul edənlərdə demensiya baş vermişdir. 


Antidepressant və epilepsiya əleyhinə dərmanlar qəbul edənlərdə risk bir qədər az olmuşdur, amma inkar ediıməyib. 

Antihistamin və mədə-bağırsaq xəstəlikləri üçün qəbul edilən dərmanlar isə demensiya riski artırmayıb və təsiri sübut olunmayıb. 


Professor Tom Deninq bildirib ki, bu tədqiqat bir daha göstərdi ki, həkimlər xəstələrə antixolinergik tərkibli dərmanlar yazanda diqqətli olmalı, dozanı aşmamalı, xəstəni nəzarətdə saxlamalı, bu dərmanları bacardıqca az təyin etməlidirlər.